...

Bərdədə bankomat yanıb

Hadisə Materials 26 Avqust 2015 09:41 (UTC +04:00)
Bərdə şəhərində bankomat aparatında yanğın olub.
Bərdədə bankomat yanıb

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir Elmir Murad/

Bərdə şəhərində bankomat aparatında yanğın olub.

Fövqəladə hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, şəhərdəki "Kapital Bank" ASC-nin filialının qarşısında quraşdırılmış bankomatın plastik kart daxil olan rezin hissəsi yanaraq yararsız ahala düşüb. Yanğınsöndürənlərin hadisəyə çevik müdaxiləsi nəticəsində bankomatın qalan hissəsini yanğından mühafizə etmək mümkün olub. Yanğın saat 02:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti