Azərbaycan, Bakı, 5 sentyabr /Trend/
Bakıda mənzildən külli miqdarda pul oğurlayan xidmətçi tutulub.
Bakı şəhər Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulan Abşeron rayon sakini, 1989-cu il təvəllüdlü Mehriban Əbülfəz qızı Quliyeva sentyabrın 3-də S.Rüstəm küçəsində Aidə İbrahimovanın evindən, 30.000 manat pulu oğurlamaqda şübhəli bilinir.