...

Azərbaycanda bu il 700-ə yaxın insan qidadan zəhərlənib

Hadisə Materials 15 Sentyabr 2015 14:41 (UTC +04:00)
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan ərazisində 484 qida zəhərlənməsi hadisəsi qeydə alınıb.
Azərbaycanda bu il 700-ə yaxın insan qidadan zəhərlənib

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan ərazisində 484 qida zəhərlənməsi hadisəsi qeydə alınıb.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-ə verilən məlumata görə, qida zəhərlənmələri nəticəsində 680 nəfər zərəçəkən qeydə alınıb.

Ötən müddət ərzində ölkə üzrə qeydə alınan 11 botulizm hadisəsi nəticəsində 17 nəfər botulizmlə xəstələnib. Botulizm xəstəliyinin başvermə səbəbləri ev şəraitində konservləşdirilmiş məhsullar, digər zəhərlənmələrə səbəb isə məişət şəraitində hazırlanmış kulinariya məhsulları, kremli tortlar, müxtəlif salatlar və digər məhsullar olub.

Botulizm nəticəsində 1 nəfər pomidor turşusundan (bu ilin yanvar ayında) dünyasını dəyişib.

Yalnız avqust ayı ərzində Azərbaycanda 91 qida zəhərlənməsi hadisəsi baş verib ki, bundan da 187 nəfər zərər çəkib. Bu il iyul-avqust aylarında botulizm hadisəsi qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti