...

İrandan Azərbaycana narkotik maddə keçirmək istəyən iki şəxs saxlanılıb

Hadisə Materials 17 Oktyabr 2015 10:56 (UTC +04:00)
Astara Gömrük İdarəsinin əməkdaşları İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxsi saxlayıblar.
İrandan Azərbaycana narkotik maddə keçirmək istəyən iki şəxs saxlanılıb

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir Elmir Murad/

Astara Gömrük İdarəsinin əməkdaşları İrandan Azərbaycana narkotik vasitə keçirmək istəyən şəxsi saxlayıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə daxil olan məlumata görə, gömrükçülər İrandan piyada gələn Azərbaycan vətəndaşı Cavad Xəlilovun üzərində şəxsi yoxlama keçiriblər. Yoxlama zamanı onun şalvarının bel kəmərinin altından 2 ədəd bağlamada, ümumi xalis çəkisi 170,807 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub.

Daha bir narkotik maddə İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Valeh Bayramovun üzərində aşkarlanıb. Belə ki, onun üzərində şəxsi yoxlama zamanı isə şalvarının cibində 8 ədəd həb şəklində, təsiredici maddəsinin xalis çəkisi 0,160 qram təşkil edən və "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxil olan "Metadone-20" adlı dərman preparatı aşkar edilib.

Hər iki faktla bağlı təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti