...

Bakıda borca görə dostunu öldürən 16 il azadlığa həsrət qalacaq

Hadisə Materials 14 Noyabr 2015 12:35 (UTC +04:00)
Bakıda borca görə dostunu öldürən Ağdam sakini 16 il cəza alıb.
Bakıda borca görə dostunu öldürən 16 il azadlığa həsrət qalacaq

Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir Nicat Abdullayev/

Bakıda borca görə dostunu öldürən Ağdam sakini 16 il cəza alıb.

Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində Ağdam rayon sakini Aslan Məmmədovun Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xatırladaq ki, bu il martın 14-də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində Aslan Məmmədov tanışı Bəşir Dəmirova bıçaq xəsarətləri yetirib, nəticədə sonuncu təcili tibbi yardım maşını gələnədək kəskin qanaxmadan hadisə yerində dünyasını dəyişib.

İstintaqla müəyyən edilib ki, ötən ilin dekabr ayında B.Dəmirov dostu Aslan Məmmədovdan borca 500 manat pul alıb və söz verib ki, iki ay müddətində borcu qaytaracaq. Deyilən vaxt gəlib çatsa da, Bəşir pulu qaytara bilməyib və bunun nəticəsində aralarında olan münasibət pisləşib. Bəşir pulu qaytarmadığı üçün əsəbiləşən Aslan gödəkçəsindən bıçaq çıxararaq, onun döş qəfəsinə 2 zərbə endirib.

Məhkəmə prosesində A.Məmmədov ittiham üzrə özünü qismən təqsirli hesab edərək, cinayəti əsəbilərini cilovlaya bilmədiyinə görə törətdiyini deyib. Lakin hakim Aslanın müdafiəsini qəbul etməyib və təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti