...

Bakının iki rayonunda yanğın olub

Hadisə Materials 1 Dekabr 2015 09:52 (UTC +04:00)
Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.
Bakının iki rayonunda yanğın olub

Bakı. Trend:

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb. Trend Fövqəladə Hallar Nazirliyinin saytına istindaən xəbər verir ki, yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 04:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər bir yanğın hadisəsi isə Bakı şəhəri, Yasamal rayonunda qeydə alınıb.

Dekabrən 1-də saat 01:30-dək, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin otağında 1 ədəd televizor, kondisoner və digər ev əşyaları 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 21:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti