Bakı. İlhamə İsabalayeva-Trend:
Bakı şəhəri, Xətai rayonunda "Chevrolet" markalı minik avtomobilin yol kənarındakı divara çırpılması nəticəsində yanğın hadisəsi baş vermişdir.
Trend Fövqəladə Hallar Nazirliyinin saytıəna istinadən xəbər verir ki, yanğınsöndürənlər və xilasedicilər qəza nəticəsində baş vermiş yanğını söndürmüş, deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1988-ci il təvəllüdlü Əhmədov Nicat Mehrab oğlunun yanmış cəsədini çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.