...

Bakıda əməliyyat - quldurluqla məşğul olan silahlı dəstə zərərsizləşdirildi

Hadisə Materials 31 Mart 2016 13:03 (UTC +04:00)
Bakıda quldurluqla məşğul olan dəstə həbs edilib.
Bakıda əməliyyat - quldurluqla məşğul olan silahlı  dəstə zərərsizləşdirildi

Bakı. Trend:

Bakıda quldurluqla məşğul olan dəstə həbs edilib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 28-də Bakı şəhər sakini Ləman Heydərovaya hədə-qorxu gəlib 200 manatını almış həmyerliləri, əvvəllər məhkum olunmuş Pərvin Osmanov, Elvin Tağıyev və Rəhman Abbasov tutulublar. P.Osmanovdan 1,62 qram tiryək, E.Tağıyevdən isə 6,3 qram marixuana götürülüb.

P.Osmanovun evinə baxış zamanı 2,291 qram tiryək, nömrəsi silinmiş və qundağı kəsilmiş "TOZ-63" markalı tüfəng, E.Tağıyevin evinə baxış zamanı isə 30,2 qram marixuana aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti