...

SOCAR-ın işçisi aldığı xəsarətdən dünyasını dəyişib

Hadisə Materials 25 Aprel 2016 19:08 (UTC +04:00)
SOCAR-ın Nəqliyyat İdarəsinin çilingəri aldığı xəsarətdən dünyasını dəyişib.
SOCAR-ın işçisi aldığı xəsarətdən dünyasını dəyişib

Bakı. Trend:

SOCAR-ın Nəqliyyat İdarəsinin çilingəri aldığı xəsarətdən dünyasını dəyişib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, aprelin 25-də Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəzarət Departamentində çilingər işləyən Muradov Ələddin Paşa oğlu Zığ-2 istehsalat sahəsində "Senebogen" markalı qaldırıcı kranı demontaj edərkən sığortalayıcı tədbirləri həyata keçirmədən seksiyaları birləşdirən barmaqları çıxarıb və bu zaman açılan seksiya onun baş nahiyəsinə düşərək xəsarət yetirib.

O, aldığı xəsarətdən dünyasını dəyişib.

Hadisənin baş vermə səbəbləri yaradılmış komissiya tərəfindən araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti