...

Qaradağda taxta materiallar yığılmış mağaza yanıb

Hadisə Materials 30 İyul 2016 09:24 (UTC +04:00)
Gecə saatlarında Bakının Qaradağ rayonunda yanğın faktı qeydə alınıb.
Qaradağda taxta materiallar yığılmış mağaza yanıb

Bakı. Trend:

Gecə saatlarında Bakının Qaradağ rayonunda yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Qaradağ rayonunda ticarət mərkəzinin 2-ci korpusun 13-cü sırasında fəaliyyət göstərməyən ümumi sahəsi 40 m² olan mağazanın içərisində yığılmış taxta materialları 30 m² sahədə yanıb. Mağaza və bitişik mağazalar yanğından mühafizə olunub.

Yanğın saat 03:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti