...

Xörəyə duz əvəzinə kimyəvi maddə tökən ailə zəhərləndi (FOTO/VİDEO)

Hadisə Materials 12 Sentyabr 2016 11:03 (UTC +04:00)
Zəhərlənən şəxslərin kimliyi bilindi.
Xörəyə duz əvəzinə kimyəvi maddə tökən ailə zəhərləndi (FOTO/VİDEO)

Bakı. Trend:

Qax rayonunun Cüdüllü kəndində bir ailənin 4 üzvü zəhərlənib.

Trend Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, 1972-ci il təvəllüdlü Şərifova Kəmalə Musa qızı, 1992-ci il təvəllüdlü Neftəliyeva Gülnar İmran qızı, 2002-ci il təvəllüdlü Şərifzadə Əli Mübariz oğlu və 1974-cü il təvəllüdlü Şərifova Şəfəq Cuma qızı zəhərlənmə əlamətləri ilə Qax rayon Mərkəzi Xəstaxanaya catdırılıblar.

Xəstələrə dərhal ilk yardım göstərilib. Zərərçəkənlərin vəziyyəti orta ağırdır. Hadisənin baş verməsinə səbəb isə yeməkdə duz əvəzinə səhvən "xlorofos"dan istifadə olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti