İsveçdə atışma baş verib, yaralılar var

Hadisə Xəbər 26 Sentyabr 2016 00:53 (UTC +04:00)

Bakı. Trend:

İsveçin Malmo şəhərində bir neçə insan atışma nəticəsində yaralanıb.

Trend-in "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, silahlılar "Audi" markalı avtomobilin yan şüşəsindən yol kənarındakı insanlara atəş açıblar. Şahidlərin sözlərinə görə azı 20 atəş səsi gəlib.

Yaralananların dəqiq sayı bildirilmir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti