Bakı. Trend:
Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 19-da saat 19 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbəsində Göygöl rayon sakini Əli Əliyev idarə etdiyi “KamAZ” və Gəncə şəhər sakini Yolçu Allahverdiyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun hərəkət hissəsində olan Gədəbəy rayon sakini Ayvaz Məmmədova məxsus 39 baş qoyunu vurub.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.