...

Paytaxtda intihar - 41 yaşlı kişi özünü asıb öldürüb

Hadisə Materials 26 Oktyabr 2016 09:52 (UTC +04:00)
Bakıda 41 yaşlı kişi özünü asıb.
Paytaxtda intihar - 41 yaşlı kişi özünü asıb öldürüb

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bakıda 41 yaşlı kişi özünü asıb. Bu barədə Trend-ə Binəqədi rayon Prokurorluğundan məlumat verilib.

Hadisə oktyabrın 25-də səhər saat 10 radələrində rayonun Sulutəpə qəsəbəsində baş verib. Qəsəbə sakini, 1975-ci il təvəllüdlü Quliyev Nahid Qənimət oğlu Sulutəpə qəsəbəsi, Allahverdiyev küçəsində yaşadığı evdə özünü asaraq öldürüb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti