...

Sabirabadda ev yanıb

Hadisə Materials 27 Oktyabr 2016 04:15 (UTC +04:00)
Sabirabadda yanğın qeydə alınıb
Sabirabadda ev yanıb

Bakı. Trend:

Sabirabadda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Sabirabad rayonu, Güdəcühür kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m² olan kürsülü, birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 00:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti