Bakı. Trend:
Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin pilləkən qəfəsəndə quraşdırılmış elektirik lövhəsində 8 ədəd elektirik sayğacı və 3 p.m kabel yanıb.
Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 11:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.