...

Gizlətdiyi narkotik vasitə daxili orqanında aşkar olundu

Hadisə Materials 30 Mart 2017 10:25 (UTC +04:00)
Gizlətdiyi narkotik vasitə daxili orqanında aşkar olunub.
Gizlətdiyi narkotik vasitə daxili orqanında aşkar olundu

Bakı. Trend:

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı vətəndaşın daxili orqanında (düz bağırsağında) 3 ədəd bükümdə, xalis çəkisi 14 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti