...

Paytaxtda 30 minə yaxın aksiz markasız siqaret müsadirə olunub (FOTO)

Hadisə Materials 14 Aprel 2017 10:51 (UTC +04:00)
Qaçaqmalçılıq yolu ilə gətirilmiş siqaretlərin realizə edilməsinin qarşısı alınıb.
Paytaxtda 30 minə yaxın aksiz markasız siqaret müsadirə olunub (FOTO)

Bakı. Trend:

Qaçaqmalçılıq yolu ilə gətirilmiş siqaretlərin realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri nəticəsində, ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alınıb.

İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, “VAZ-2106” markalı, “50CL657” dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı şəhəri, Nərimanov rayonu ərazisində saxlanılıb və avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı, avtomobildə Azərbaycan vətəndaşı Zülfüqar Əyyub oğlu Tapdıqovun satdığı 29.200 ədəd aksiz markasız xarici markalı siqaretlər aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti