Bakı. Trend:
Cəlilabadda yanğın qeydə alınıb.
Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Cəlilabad rayonu, Qarazəncir kəndində (rayon mərkəzindən 12 km aralı) “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb.
Yaxınlıqdakı elektrik dirəkləri yanğından mühafizə olunub.
Yanğın saat 03:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.