...

Bu gün 3 ev yanıb

Hadisə Materials 29 Aprel 2017 15:29 (UTC +04:00)
Bu gün 3 evdə yanğın baş verib.
Bu gün 3 ev yanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu gün 3 evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 m2 olan birmərtəbəli 1 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 20 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi isə Lənkəran rayonunda olub. Rayonun Mamusta kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və dam örtüyü 100 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şabran rayonunda da ev yanıb. Rayonun Daşlıyataq kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 m2 olan birmərtəbəli 2 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 40 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti