...

Zamində olan şəxs məhkəmə zalından həbs edildi - 16 min manatlıq dələduzluq

Hadisə Materials 11 May 2017 11:58 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Anar Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Zamində olan şəxs məhkəmə zalından həbs edildi - 16 min manatlıq dələduzluq

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Anar Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Trend-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə zamində olan A.Qədimovun barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə zalından həbs edilərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

A.Qədimov Dubaydan telefon gətirmək adı ilə tanışları olan zərərçəkmiş şəxslərə qarşı 16 min manat məbləğində dələduzluq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti