...

Tovuzda 4 yaşlı oğlan qaynar suda yandı

Hadisə Materials 7 İyun 2017 10:15
Tovuz rayonunda 4 yaşlı uşaq yanıb.
Tovuzda 4 yaşlı oğlan qaynar suda yandı

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Tovuz rayonunda 4 yaşlı uşaq yanıb.

Trend-in məlumatına görə, hadisə iyunun 6-da rayonun Bayramlı kəndində baş verib. Kənd sakini, 2013-cü il təvəllüdlü Əmiraslanov Samir Eyvaz oğlu evlərində qaynar suda yanıb. Yaralı uşaq Tovuz rayon Mərkəzi Xəstəxanasına, oradan isə Bakıya - Respublika Yanıq Mərkəzinə çatdırılıb.

Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov Trend-ə bildirib ki, S.Əmiraslanovun bədən səthinin 75 faizi yanıb. Hazırda xəstə mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Məlumata görə, 4 yaşlı uşaq evdə gəzərkən ehtiyatsızlıqdan qaynar su vedrəsinə toxunub və vedrə uşağın üzərinə aşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti