...

FHN: Cəlilabadda baş verən yol qəzasında 18 yaşlı gənc həlak olub

Hadisə Materials 13 İyul 2017 14:24 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi Cəlilabadda ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.
FHN: Cəlilabadda baş verən yol qəzasında 18 yaşlı gənc həlak olub

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyi Cəlilabadda ölümlə nəticələnən yol qəzası barədə məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonu, Alar kəndində (rayon mərkəzindən 18 km aralı) “Mercedes” markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarında yerləşən su çəninə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Hadisə nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişin 1999-cu il təvəllüdlü İbayev Şəmsi İlqar oğlunun cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyətı üzrə təhvil verilib.

Əməliyyat saat 11:43-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti