...

Xırdalanda yaşayış binasında yanğın - sakinlər təxliyə olunub

Hadisə Materials 24 İyul 2017 09:09 (UTC +04:00)
Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Xırdalanda yaşayış binasında yanğın - sakinlər təxliyə olunub

Bakı. Trend:

Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, binanın 4-cü mərtəbəsində ümumi sahəsi 69 kv.m olan təmir işləri aparılan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 15 kv.m sahədə yanıb.

Yanğın zamanı 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsı yanğından mühafizə olunub. Yanğın saat 06:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti