...

Gəncədə ev və avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb

Hadisə Materials 5 Avqust 2017 12:28 (UTC +04:00)
Gəncə şəhər sakinləri Mirməhəmməd İsmayılov, Rövşən Nərimanov və əvvəllər məhkum olunmuş Mehran Hüseynov tutulublar.
Gəncədə ev və avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb

Bakı. Trend:

Gəncədə ev və avtomobillərdən oğurluq edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oöurluqda şübhəli bilinən Gəncə şəhər sakinləri Mirməhəmməd İsmayılov, Rövşən Nərimanov və əvvəllər məhkum olunmuş Mehran Hüseynov tutulublar.

Onlar ötən ilin dekabr ayından bu ilin iyul ayınadək olan müddətdə rayon ərazisində 7 evdən, 9 avtomobildən və 1 mağazadan pul, akkumulyator, tikinti materialları, təmir-tikinti alətləri, geyim və məişət əşyaları oğurlamaqda ittiham edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti