...

İnterpol dələduzluqda təqsirləndirilən azərbaycanlını axtarışa verdi

Hadisə Materials 29 Avqust 2017 16:56 (UTC +04:00)
İnterpol daha bir azərbaycanlı barəsində axtarış elan edib.
İnterpol dələduzluqda təqsirləndirilən azərbaycanlını axtarışa verdi

Bakı. Samir Əli - Trend:

İnterpol daha bir azərbaycanlı barəsində axtarış elan edib.

Trend-in məlumatına görə, axtarışa verilən Azərbaycan vətəndaşı Rüfət Hökməliyev dələduzluqda təqsirləndirilir.

1977-ci il təvəllüdlü R.Hökməliyev Azərbaycanın məhkəmə orqanı tərəfindən istintaqa cəlb edilsə də, o, istintaqdan yayınıb.

Onun barəsində həbs qətimkan tədbiri seçilib və axtarışa verilməsi barədə qərar çıxarılıb. Məhkəmənin qərarı əsasında İnterpol R.Hökmalıyev barəsində beynəlxalq axtarış elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti