Bakı. Trend:
Neftçala rayonu, Qədimkənd kəndində yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Neftçala rayonu, Qədimkənd kəndində ümumi sahəsi 50 m2 olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 22 m2 sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.