...

"VAZ" dərəyə düşüb - xəsarət alan var

Hadisə Materials 4 Oktyabr 2017 09:22 (UTC +04:00)
Ucar rayonunda yol qəzası olub.
"VAZ" dərəyə düşüb - xəsarət alan var

Bakı. Trend:

Ucar rayonunda yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ucar rayonu, Qarabörk kəndində "VAZ" markalı minik avtomobili yol kənarındakı dərəyə düşüb.

Sıxılmış vəziyyətdə qalmış sərnişin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti