Bakı. Trend:
Bakıda yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 90 m2 olan 3 otaqlı mənzildə ev əşyaları 20 m2 sahədə yanıb. Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 15 m2 sahədə əriyib.
Qonşu mənzildən 2 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.