...

İrandan Azərbaycana metadon məhlulu keçirmək istəyərkən yaxalandı

Hadisə Materials 24 Oktyabr 2017 10:32 (UTC +04:00)
Gömrükdə metadon məhlulunu içməli su kimi təqdim etmək istəyən Azərbaycana gələn İran vətəndaşı saxlanılıb.
İrandan Azərbaycana metadon məhlulu keçirmək istəyərkən yaxalandı

Bakı. Trend:

Gömrükdə metadon məhlulunu içməli su kimi təqdim etmək istəyən Azərbaycana gələn İran vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşının gödəkçəsinə baxış zamanı gödəkçənin cibindəki 0,5 litrlik plastik qabın üzərində "AkharStar natural mineral water" yazısı olduğu halda, qabın içərisində 500 ml həcmində metadon məhlulu aşkar olunub.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və aşkar olunan 500 ml məhlulda metadonun quru maddəsinin təmiz çəkisi 0,5 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti