...

Bakıda 2 ay əvvəl "Kamaz"la vurulan qadın xəstəxanada ölüb

Hadisə Materials 13 Noyabr 2017 13:12 (UTC +04:00)
Bakıda 2 ay əvvəl "Kamaz" markalı yük maşınının vurduğu piyada ölüb.
Bakıda 2 ay əvvəl "Kamaz"la vurulan qadın xəstəxanada ölüb

Bakı. Trend:

Bakıda 2 ay əvvəl "Kamaz" markalı yük maşınının vurduğu piyada ölüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bu il sentyabr ayının 26-da Binəqədi rayonu ərazisində Bakı şəhər sakini Adil Çələbiyev idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən paytaxt sakini Nazxanım Hacıyevanı vurub.

Xəstəxanaya yerləşdirilən piyada noyabrın 12-də orada ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti