...

Fransada polisə hücum edildi

Hadisə Materials 1 Yanvar 2018 21:41 (UTC +04:00)

Bakı. Trend:

Fransanın hüquq-mühafizə orqanları Yeni İl ərəfəsində böyük bir qrupun tərkibində polis patruluna hücum edən üç nəfəri saxlayıb.

Trend-in TASS agentliyinə istinadla verdiyi məlumata görə, hadisə Parisin yaxınlığında yerləşən Şampinyi-sür-Marn şəhərində baş verib. Hücumda əlli nəfərə yaxın insan iştirak edib.

Hücum edənlər polis avtomobilini çevirərək onun içərisində olan polisləri maşından çıxarıb və onlara ağır xəsərətlər yetirib.

Fransa prezidenti Emanuel Makron öz Twitter hesabında hadisə ilə bağlı yerləşdirdiyi yazıda qeyd edib ki, hücumun təşkilatçıları mütləq aşkar edilib cəzalandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti