...

Cənubi Afrika Respublikasında yük maşını ilə qatar toqquşdu: 18 ölü

Hadisə Materials 5 Yanvar 2018 05:06 (UTC +04:00)
Cənubi Afrika Respublikasında yük maşını ilə qatar toqquşub
Cənubi Afrika Respublikasında yük maşını ilə qatar toqquşdu: 18 ölü

Bakı. Trend:

Cənubi Afrika Respublikasında yük maşını ilə qatar toqquşub.

Trend-in məlumatına görə, insident nəticəsində ən azı 18 nəfər həlak olub, daha 268 nəfər xəsarət alıb.

Hadisə Krunstad şəhərinin yaxınlığında qeydə alınıb. Faciyəyə səbəb yük maşınının sürücüsünün avtomobili keçiddə saxlamaması olub.

Qəza zamanı qatarda 700 sərnişin olub.

Sürücü polis tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti