...

Çevik Polis Alayı ötən il post və marşrutlarda 30 mindən çox şəxs saxlayıb

Hadisə Materials 22 Yanvar 2018 17:43 (UTC +04:00)
Ötən il Əlahiddə Çevik Polis Alayı tərəfindən post və marşrutlarda 30 mindən çox şəxs saxlanılıb.
Çevik Polis Alayı ötən il post və marşrutlarda 30 mindən çox şəxs saxlayıb

Bakı. Trend:

Ötən il Əlahiddə Çevik Polis Alayı tərəfindən post və marşrutlarda 30 mindən çox şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Zaur Abdullayev 2017-cı il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində çıxışında deyib.

Alay komandiri qeyd edib ki, ölkənin müxtəlif yerlərində keçirilmiş 40 kütləvi, o сümlədən respublika və beynəlxalq əhəmiyyətli tədbirə сəlb olunan şəxsi heyət üzərinə düşən vəzifələrinin öhdəsindən layiqinсə gəlib: "Patrul bölüklərinin xidmət apardığı ərazilərdə kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb, сinayətlərin və digər hüquqpozmaların aşkarlanması və qarşısının alınması üçün paytaxtın polis orqanları ilə birgə zəruri tədbirlər görülüb. Nəticədə post və marşrutlarda 30.667 şəxs, o cümlədən müxtəlif cinayətlər törətmiş 821, inzibati xətalara yol vermiş 29.846 nəfər saxlanılaraq barələrində qanunauyğun tədbirlərin görülməsi təmin edilib".

O əlavə edib ki, hüquqazidd əməllərə görə saxlanılanlardan 300-ü xuliqanlıq, 257-si oğurluq, 21-i soyğunçuluq, 49-u dələduzluq, 90-ı narkotik vasitələrin qanunsuz dövriyyəsilə məşğul olan, 80-i axtarılan, 24-ü isə digər cinayətlər törədən şəxs olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti