Bakı. Trend:
İndoneziyanın Yava adasında güclü zəlzələ baş verib. Trend-in məlumatına görə, İndioneziya Meteorologiya, klimatologiya və geofizika idarəsi yeraltı təkanların 5 bal gücündə qeydə alınması barədə xəbər yayıb. Məlumata görə, təkanlar 10 kilometr dərinlikdə Depok məntəqəsindən 141 km məsafədə baş verib.
Güclü zəlzələnin fəsadları və insan tələfatı barədə hələ mlumat daxil olmayıb. Eləcə də sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.
Qeyd edək ki, bir neə gün öncə yanvarın 23-də adanın Lebak mahalında yerin 10 kilometr dərinliyində 6,4 bal gücündə zəlzələ olmuşdu.