...

Narkotik maddə ilə tutulan şəxsin evindən odlu silah aşkarlandı

Hadisə Materials 7 Fevral 2018 12:35 (UTC +04:00)

Bakı. Trend:

Hacıqabulda narkotik maddənin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılan şəxsin evindən silah-sursat aşkarlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş Rəhman Xanəliyevin ətrafında Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Muğan qəsəbəsindəki evinə baxış keçirilib.

Baxış zamanı lüləsi və qundağı kəsilmiş, nömrəsiz ov tüfəngi və patron aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti