...

Fransada eyni gündə iki insident: ölən və yaralananlar var (YENİLƏNİB-2)

Hadisə Materials 23 Mart 2018 17:28 (UTC +04:00)
Fransanın cənubundakı Karkason şəhərində naməlum şəxs xüsusi xidmət orqanı əməkdaşına atəş açıb. Bundan başqa, Od departamentində silahlı şəxs supermarketdə insanları girov götürüb.
Fransada eyni gündə iki insident: ölən və yaralananlar var (YENİLƏNİB-2)

Bakı. Trend:

İlk xəbər 15:24-də yayılıb

Fransanın cənubundakı Karkason şəhərində naməlum şəxs xüsusi xidmət orqanı əməkdaşına atəş açıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində bir nəfər yaralanıb.

Bundan başqa, Od departamentində silahlı şəxs supermarketdə insanları girov götürüb. Hadisə nəticəsində bir nəfərin öldüyü barədə məlumatlar var.

Polis insanların girovluqdan azad olunması üçün ərazini mühasirəyə alıb.

Girov götürən şəxs özünün İŞİD-ə aid olduğunu bəyan edib.

Fransa prokurorluğu faktla bağlı cinayət işi açıb.

XXX

Fransa KİV-lərinin məlumatına görə, girovluqda olan insanlar azad edilib.

XXX

Ən son məlumatlara görə, insident nəticəsində girovluqda olan 3 şəxs həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti