...

Rostov-Bakı sərnişin qatarında gömrükdən gizlədilən mallar aşkarlandı (FOTO)

Hadisə Materials 20 Aprel 2018 10:01 (UTC +04:00)
Xaçmaz Gömrük İdarəsinin "Yalama" gömrük postunun gömrük nəzarəti zonasına Rusiya Federasiyasından daxil olan Rostov-Bakı sərnişin qatarına gömrük baxışı keçirilib.
Rostov-Bakı sərnişin qatarında gömrükdən gizlədilən mallar aşkarlandı (FOTO)

Bakı. Trend:

Xaçmaz Gömrük İdarəsinin "Yalama" gömrük postunun gömrük nəzarəti zonasına Rusiya Federasiyasından daxil olan Rostov-Bakı sərnişin qatarına gömrük baxışı keçirilib.

DGK-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, baxış zamanı, qatarın 9-cu vaqonunun 2-ci kupesinin tavanındakı havalandırma sistemində olan boşluqda gömrük nəzarətindən gizlədilən mallar aşkar edilib.

Vaqonun bələdçisi Rusiya Federasiyası vətəndaşının gizlətdiyi bu mallar - 18 ədəd kişi papağı, 27 ədəd papaq içliyi, 22 ədəd quzu dərisi, 2 ədəd suiti dərisi və 1 ədəd quzu dərisindən tikilmiş palto olub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti