...

Gəncədə quldurluq edən şəxsin evindən qumbara tapılıb

Hadisə Materials 1 May 2018 13:04 (UTC +04:00)
Quldurluq edənlərdən birinin evindən qumbara və narkotik tapılıb.
Gəncədə quldurluq edən şəxsin evindən qumbara tapılıb

Bakı. Trend:

DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Gəncə şəhər sakini Şahin Məmmədov axşam saatlarında Ş.İ.Xətai prospektində 3 nəfər tərəfindən döyülüb, bıçaqla hədələnərək pulunun alındığını bildirib.

DİN-dən Trend-ə verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Aparılan araşdırmalarla Ş.Məmmədova qarşı quldurluq törədən şəxslərin zərərçəkənə məxsus 120 manat pulu aldıqdan sonra avtomobillə aradan çıxdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Keçirilən tədbirlərlə quldurluğu törətməkdə şübhəli bilinənlər - əvvəllər məhkum olunmuşlar - Göygöl rayon sakini Orxan Həsənli, Gəncə şəhər sakinləri İsgəndər Məmmədov və Hüseyn Mayılov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Əməliyyat tədbirləri ilə polis əməkdaşları tərəfindən İ.Məmmədovun şəhər ərazisindəki yaşadığı evdən 1 ədəd “F-1”qumbarası və narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti