Bakı. Trend:
Neftçalada batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib.
Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, "Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Neftçala sularda xilasetmə məntəqəsinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər xilas olunub."