Bakı. Trend:
Bakıda çörək sexi və kafe yanıb.
FHN-dən Trend-ə verilən məlumata görə, Nizami rayonu, Əli Vəliyev küçəsində ümumi sahəsi 585 m² olan (hazırda fəaliyyət göstərmir) çörək sexinin yanar konstruksiyaları 490 m² sahədə və ona bitişik, ümumi sahəsi 80 m² olan tikilinin (kafe kimi istifadə olunub) dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.