...

Sumqayıtda xadimə işlədiyi evdən pul və qızıl əşyaları oğurlayıb

Hadisə Materials 31 İyul 2018 12:28 (UTC +04:00)
Sumqayıtda xadimə işlədiyi evdən pul və qızıl əşyaları oğurlayıb
Sumqayıtda xadimə işlədiyi evdən pul və qızıl əşyaları oğurlayıb

Bakı. Trend:

Sumqayıtda xadimə işlədiyi evdən pul və qızıl əşyaları oğurlayıb.

DİN-dən Trend-ə verilən məlumata görə, iyulun 30-da Sumqayıt şəhər sakini Rəsul Fazil oğlu 4-cü Polis Bolməsinə ərizə ilə müraciət edərək 2017-ci ilin yanvar ayından aprel ayınadək olan müddətdə 30-cu məhəllədəki evindən 7500 manatının və 2000 manat dəyərində qızıl əşyalarının oğurlanmasını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun onun evində xadimə işləyən T.Novruzova tərəfindən törədilməsi müəyyən edilib. T.Novruzova izahatında hadisəni törətməsini və qızıl əşyaları həmyerlisi S.Ələkbərova ilə birgə satmasını etiraf edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti