...

Dolu elə yağdı ki, zooparkda heyvanlar öldü

Hadisə Materials 7 Avqust 2018 15:03 (UTC +04:00)
ABŞ-ın Kolorado ştatında güclü dolu yağması fəsadlara yol açıb.
Dolu elə yağdı ki, zooparkda heyvanlar öldü

Bakı. Trend:

ABŞ-ın Kolorado ştatında güclü dolu fəsadlara yol açıb.

Trend-in məlumatına görə, təbii fəlakət nəticəsində 15 nəfər xəsarət alıb.

Bildirilir ki, böyüklüyü tennis topu qədər olan dolu dənələrinin yağması nəticəsində cox sayda bina, eləcə də avtomobillərə ziyan dəyib.

Daha çox fəsad isə şəhər zooparkında yaşanıb. Belə ki, həmin vaxt zooparkda olan ziyarətçilər arasında xəsarət alanlar olduğu kimi, heyvanxanaya da ziyan dəyib. Ən acınacaqlısı isə, dolu vurması nəticəsində bir neçə heyvan tələf olub.

Hazırda təbii fəlakət nəticəsində zooparka dəymiş ziyan hesablanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti