...

Bakıda quldurluq edən şəxs saxlanılıb

Hadisə Materials 10 Avqust 2018 12:38 (UTC +04:00)
Araşdırmalarla onun Salyan rayon sakini, əvvəllər xuliqanlıq törətdiyinə görə məhkum olunmuş Həzi İsayev olması müəyyən edilib.
Bakıda quldurluq edən şəxs saxlanılıb

Bakı. Trend:

Avqustun 9-da DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Binəqədi rayonu ərazisindəki evlərdən birinə quldurluq məqsədi ilə naməlum şəxsin daxil olması barədə məlumat daxil olub.

DİN-dən Trend-ə verilən məlumata görə, hadisə yerində olan Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları apardıqları araşdırmalarla həmin gün L.Novruzovanın Biləcəri qəsəbəsindəki evinə girmiş naməlum şəxsin ev sahibəsinə yumruqla xəsarət yetirdiyini, oradan mobil telefon və təmir-tikinti alətləri oğurladığını müəyyən ediblər.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Salyan rayon sakini, əvvəllər xuliqanlıq törətdiyinə görə məhkum olunmuş Həzi İsayev olması müəyyən edilib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti