...

8 nəfərə qarşı dələduzluqda təqsirləndirilən qadının məhkəməsi yekunlaşdı

Hadisə Materials 28 Avqust 2018 16:44 (UTC +04:00)
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Günel Şıxıyevanın məhkəməsi keçirilib.
8 nəfərə qarşı dələduzluqda təqsirləndirilən qadının məhkəməsi yekunlaşdı

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Günel Şıxıyevanın məhkəməsi keçirilib.

Trend-in məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkmiş Mehriban Tağıyeva bildirib ki, G.Şıxıyeva onu bir neçə dəfə çox ucuz qiymətə Taylanda istirahətə göndərib: “Günel turizm şirkətləri ilə əməkdaşlıq edirdi. Bileti alıb, sonra ödəyəcəyini deyirmiş. Biz dəfələrlə onun vasitəsilə səfərə getmişik. Bilet verirdi, biz də inanırdıq. Qızım dostları ilə Antalyaya getmişdi. Otelə çatanda məlum olub ki, ödəniş edilməyib. Qızım çətin vəziyyətdə qalmasın deyə yoldaşım maşınını yarı qiymətə satıb təcili pulu ödədi. Sonra da mənim vasitəmlə tanıdığım qohumumu aldatdı. O pulu da mən tapıb ödədim ki, narazılıq olmasın”.

M.Tağıyeva daha sonra G.Şıxıyeva ilə birlikdə şirkət açdıqlarını, amma orada da aldadıldığını deyib.

Zərərçəkmişlər bildirib ki, G.Şıxıyeva həbs edilmədiyi üçün dələduzluq əməllərini davam etdirir. Avqustun 17-də o daha 6 nəfəri hava limanında aldadıb.

Prosesdə məhkəmə istintaqı yekunlaşıb və növbəti proses oktyabrın 4-ə təyin edilib. Həmin prosesdə dövlət ittihamçısı G.Şıxıyevaya cəza istəyəcək.

Qeyd edək ki, himayəsində 1 yaşlı övladı olan G.Şıxıyeva 8 nəfərə qarşı dələduzluqda təqsirləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti