...

Prokuror Almaniya vətəndaşının 6,5 milyon manatını mənimsəyən şəxsə 10 il cəza istədi

Hadisə Materials 2 Oktyabr 2018 16:18 (UTC +04:00)
Prokuror Almaniya vətəndaşının 6,5 milyon manatını mənimsəyən şəxsə 10 il cəza istədi.
Prokuror Almaniya vətəndaşının 6,5 milyon manatını mənimsəyən şəxsə 10 il cəza istədi

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Ələddin Yusifovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb və prokuror təqsirləndirilən şəxsə iş istəyib.

Dövlət ittihamçısı çıxışında zərərçəkmişə dəymiş 6 milyon 540 min manatdan 3 milyon 70 min manat ödənildiyini bildirib. O, Ə.Yusifovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttiham aktına əsasən, Ə.Yusifov 2005-ci ildə “QKSSS” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) təsis edib. O, həmin MMC vasitəsi ilə neft məhsullarının idxalı, ixracı və digər işlərlə məşğul olub. Ə.Yusifov həmin şirkətin direktoru vəzifəsində işləyərkən Almaniyada qeydiyyatdan keçmiş “Airwerk” şirkətinin baş direktoru, həmin respublikanın vətəndaşı Ştixternat Hayns-Georq Tomasa 2010-cu ildə özünü uğurlu və geniş əlaqələrə malik iş adamı kimi təqdim edib. O, almaniyalı iş adamına neft məhsullarının alqı-satqısı ilə məşğul olduğunu, bu yolla külli miqdarda gəlir əldə etdiyini bildirib, ona biznesə daha çox investisiya qoyulduğu halda daha çox gəlir əldə edəcəklərinə inandırıb. Ə.Yusifov qeyd olunan işləri görmək üçün almaniyalı iş adamından 6 milyon 540 min manat istəyib, həmin pulun 20 faiz miqdarında gəlir əldə edəcəklərinə yalandan vəd verib. Ş.H.Tomas Almaniya Federativ Respublikasında fəaliyyət göstərən müxtəlif banklar vasitəsi ilə “Texnikabank”da “QKSSS” MMC-nin hesabına 6 milyon 540 min manat köçürüb. Ə.Yusifov həmin pulu şəxsi ehtiyaclarına sərf edərək, almaniyalı iş adamına qarşı külli miqdarda dələduzluq edib. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti