...

Belçikada kimya müəssisəsində partlayış olub: "Qapı-pəncərəni bağlayın"

Hadisə Materials 4 Oktyabr 2018 11:03 (UTC +04:00)
Belçikada kimya müəssisəsində partlayış olub.
Belçikada kimya müəssisəsində partlayış olub: "Qapı-pəncərəni bağlayın"

Bakı. Trend:

Belçikada kimyəvi məhsulların istehsal olunduğu müəssisədə partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə Limburq vilayətinin Tessenderlo kommunasında "Vynova" kimya müəssisəsində qeydə alınıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində zərərçəkən yoxdur. Lakin yerli hakimiyyət yaxınlıqda yaşayan sakinlərə evlərinin qapı və pəncərələrini açmamağı tövsiyə edib.

Partlayışın səbəbi hələ bilinmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti