Bakı. Tural Turan - Trend:
Yaponiyanın İbaraki preferekturasında keçirilən fişəng festivalında 10 nəfər yanıq xəsarəti alıb. Trend-in məlumatına görə, hadisə güclü külək səbəbindən baş verib. Göyə buraxılan fişənglərdən bəziləri qonaqların üstünə düşüb.
Xəsarət alanları vəziyyəti barədə məlumat verilmir. Festival havaya görə dayandırılıb.