...

Zaqatalada piyadanı vurub qaçan sürücü saxlanılıb

Hadisə Materials 8 Oktyabr 2018 17:50 (UTC +04:00)
Zaqatalada piyadanı vurub qaçan sürücü saxlanılıb
Zaqatalada piyadanı vurub qaçan sürücü saxlanılıb

Bakı. Trend:

Zaqatalada piyadanı vurub qaçan sürücü saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, oktyabrın 6-da saat 20 radələrində Zaqatala rayonunun Muxax kəndi ərazisində yolu keçən kənd sakini Abdulrəhman İbiyevin müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində hadisə yerində ölməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib və hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtiomobili idarə edən Bakı şəhər sakini Oqtay Mirzəyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti