...

Lənkəran sakinindən 3 kq-dan artıq marixuana götürülüb

Hadisə Materials 6 Noyabr 2018 15:14 (UTC +04:00)
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Lənkəran sakinindən 3 kq-dan artıq marixuana götürülüb

Bakı. Trend:

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini Ramin Məmmədovdan çəkisi 3 kiloqram 15 qram marixuana aşkar edilərək götürülüb.

Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Hüseynovdan 470 qram marixuana götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti